Ana Sayfa > Karusel / Region > Əli Əsədov Qaribaşvili və Paşinyanla eyni tədbirə qatılacaq - Mikayıl Cabbarov da gedir
Əli Əsədov Qaribaşvili və Paşinyanla eyni tədbirə qatılacaq - Mikayıl Cabbarov da gedir23-10-2023, 12:20. Yazar: Admin |
Azərbaycanın və Ermənistanın baş nazirləri Əli Əsədov və Nikol Paşinyan oktyabrın 26-27-də Tbilisidə keçiriləcək dördüncü beynəlxalq İpək Yolu Forumunda iştirak edəcəklər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə tədbirin rəsmi saytında məlumat verilib.
Forumun digər iştirakçıları arasında Asiya İnkişaf Bankının vitse-prezidenti Roberta Kasali, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Serbiyanın ticarət naziri Tomislav Momiroviç, Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət üzrə dövlət naziri Tani bin Əhməd Əl Zayid və digərləri var. Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının üzvü Casim Məhəmməd əl-Budeyvi, USAID-in Avropa və Avrasiya Bürosunun rəhbəri Erin Elizabet Makki də tədbirə qatılacaqlar.
Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin açacağı forumun devizi “Bu gün möhkəm sabaha qoşulmaq”dır.
İpək Yolu Forumu bundan əvvəl 2015, 2017 və 2019-cu illərdə Gürcüstanda keçirilib. Bu il tədbirdə 60 ölkədən 2 minədək nümayəndə, o cümlədən tanınmış jurnalistlər, beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələri iştirak edəcək. Forumda ticarətin asanlaşdırılması, elektron ticarətin inkişafı, rəqəmsal kommunikasiyalar, nəqliyyat infrastrukturu və enerji kimi məsələlər müzakirə olunacaq. Geri dön |