Ana Sayfa > Karusel / Region > “Rusiya 9 ölkədə seçki proseslərinə müdaxilə edir”- ABŞ 100-dən çox ölkəyə kəşfiyyat hesabatı göndərdi

“Rusiya 9 ölkədə seçki proseslərinə müdaxilə edir”- ABŞ 100-dən çox ölkəyə kəşfiyyat hesabatı göndərdi


21-10-2023, 11:04. Yazar: Admin

ABŞ Dövlət Departamenti 100-dən çox ölkədəki diplomatik nümayəndəliklərinə Rusiyanın bir sıra ölkələrdə seçki proseslərinə ictimai etimadı sarsıtmaq cəhdləri barədə məlumatların yer aldığı hesabat göndərib.

Qarabaginfo.az xəbər verir ki, “Reuters”in məlumatına görə, kəşfiyyat ictimaiyyəti tərəfindən tərtib edilmiş hesabat Moskvaya qarşı mübarizə aparmağa, seçkilərə müdaxiləyə görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq etməyə və kəşfiyyatçıların ölkədən çıxarılmasına çağırır.

ABŞ diplomatlarının alınan sənədi yerli hakimiyyət orqanlarına təhvil verəcəyi gözlənilir.

Agentliyin məlumatına görə, hesabatda Rusiyanın doqquz ölkədə, o cümlədən ABŞ-da seçkilərə ictimai etimadı sarsıtmağa cəhd etdiyi 11 hadisədən bəhs edilir. Bu, açıq və gizli mexanizmlərdən, o cümlədən təsir şəbəkələri və etibarlı şəxslərdən istifadəni əhatə edir.

ABŞ kəşfiyyatı həmçinin Rusiyanın proseslərə təsir etmək üçün sosial şəbəkələrdən istifadə etmək cəhdləri ilə bağlı 17 fakt müəyyən edib.

Dövlət Departamentindəki anonim mənbəyə görə, Moskvanın məlum hərəkətləri ABŞ-da 2020-ci il seçkilərindən və koronavirus pandemiyasından sonra güclənib.


Geri dön