Ana Sayfa > Karusel / Dünya > “Müstəqil Fələstin dövlətinin yaradılması prinsipial mövqeyimizdir”- RUSİYA XİN

“Müstəqil Fələstin dövlətinin yaradılması prinsipial mövqeyimizdir”- RUSİYA XİN


20-10-2023, 17:17. Yazar: Admin

“Rusiya 1967-ci il sərhədləri daxilində və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstinin yaradılması məsələsində Baş Assambleyanın və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksey Zaytsev deyib.

“Biz davamlı və müstəqil Fələstin dövlətinin yaradılması lehinə prinsipial mövqe tutmuşuq. Bizim yanaşmamız Baş Assambleyanın və BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla Yaxın Şərq nizamlanması üzrə beynəlxalq hüquqi bazaya əsaslanır”, – Zaytsev bildirib.

Onun sözlərinə görə, Rusiya fələstinliləri və israilliləri mümkün qədər tez bir zamanda birbaşa danışıqlara başlamağa çağırır.

Zaytsev hesab edir ki, indiki faciəvi hadisələr təcili kollektiv işin zəruriliyini bir daha kəskin şəkildə ortaya qoyur.


Geri dön