Ana Sayfa > Karusel / Qarabağ > Sülhməramlılar postlarını gah bağlayır, gah açır - Qarabağda nə baş verir?
Sülhməramlılar postlarını gah bağlayır, gah açır - Qarabağda nə baş verir?20-10-2023, 13:29. Yazar: Admin |
Son sutkada Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları 10 post yaradıblar. Rusiya Müdafiə Nazirliyi postların məqsədinin yollarda hərəkətin təhlükəsizliyini təmin etmək olduğunu bildirib. Yaradılan postlardan 5-i Azərbaycan tərəfi ilə birgə qurulub. Qeyd edək ki, sentyabrın 19-dan etibarən Qarabağın Əsgəran, Ağdərə, Xocavənd və Şuşa bölgələrində Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
“Rusiya sülhməramlıları Cənub Hərbi Dairəsinin bir hərbi hissəsidir. Onlara çəkilməklə bağlı qərar gəlməyincə, oradakı mövcudluqlarını bu cür formalaşdıracaqlar. Bir yerdə post açacaq, digər yerdə bağlayacaqlar. Lakin bu, sahədə heç nəyi dəyişməz. Çünki sahədə münaqişə tərəfi yoxdur. Kimi kimdən qoruyacaqlar? Subyektlər olmadığına görə, sülhməramlıların fəaliyyətləri də olmayacaq. Erməni əhalisinin qayıdacağını nəzərə alaraq gələcəkdə sülhməramlılara ehtiyac yarana biləcəyini düşünə bilərlər. Amma hesab edirəm ki, bu da olmayacaq. Rusiya 1960 nəfərdən ibarət kontingentin fəaliyyətinə ehtiyac olmadığı ilə bağlı erkən qərara da gələ bilər. Çünki hərbçilərə Ukraynada ehtiyacı var. Buna görə də erkən komanda gələ bilər. 2025-ci ilə 6 ay qalmış Rusiya siyasi rəhbərliyi kontingentin qalması ilə bağlı qərar qəbul edə bilər. Belə olan halda onlar burada yalnız 2025-ci ilə qədər qala bilərlər. Sonrakı mərhələdə Azərbaycan keçid məntəqəsindən onları Qarabağa buraxmayacaqsa, deməli, sülhməramlılara ehtiyac da yaranmayacaq. Əslində, bir az da zamana oynayırlar”. Hərbi ekspert Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin də sıfırlanmalı olduğunu düşünür:
Hərbi ekspert Ədalət Verdiyev Rusiya sülhməramlılarının yeni yaratdığı postlarının heç bir əhəmiyyətinin olmadığını vurğulayıb: “Rusiya sülhməramlılarının öz postlarını ləğv etməsi müttəfiqi Ermənistan tərəfindən müəyyən təzyiqlərə səbəb olurdu. Yeni yaradılan postların heç bir əhəmiyyəti yoxdur. Çünki şimal istiqamətində əksər postları ləğv edən Rusiya kontingenti yeni yaradılan postlarda Azərbaycanla birgə fəaliyyət həyata keçirir. Odur ki, bu postların fəaliyyəti formal xarakter daşıyır. Onların ğz fəaliyyətini gələn ilin ortalarına qədər tamamilə başa vuracağı da istisna edilmir”. Ə.Verdiyev də Monitorinq Mərkəzinin fəaliyyətini tamamilə başa vura biləcəyindən bəhs edib:
Geri dön |