Ana Sayfa > Karusel / Dünya > İsrail-HƏMAS münaqişəsi bu halda dayanacaq - Səfir açıqladı

İsrail-HƏMAS münaqişəsi bu halda dayanacaq - Səfir açıqladı


19-10-2023, 16:19. Yazar: Admin

israil-hemas-munaqisesi-bu-halda-dayanacaq

“Bu müharibənin yalnız bir məqsədi var. O da HƏMAS-ın hərbi imkanlarının aradan qaldırılması, HƏMAS-ın və onların Qəzzadakı hökumətinin devrilməsi”.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.

Səfir vurğulayıb ki, bu müharibə elə bu gün də bitə bilər: “Bunun baş verməsi üçün iki addım atılmalıdır. Birincisi, HƏMAS bütün hərbi sursatlarını təhvil verməli, ikincisi isə israilli əsirlərin hamısını azad etməlidir. Onlar indi Qəzzada girov götürülmüş hələ cəmi 9 aylıq Fir, dörd yaşlı Ariel və digər uşaqları azad etməlidirlər. Onlar yaşlıları azad etməlidirlər. Həmin yaşlılar arasında 70-80 il öncə nasistlərin zülmündən (Holokostdan) xilas olanlar da var.

Nə vaxt ki, bizim bütün vətəndaşlarımız və bütün xarici vətəndaşlar, - hətta bəlkə də bunların arasında Azərbaycan vətəndaşı da var, - azad olunarsa və HƏMAS öz hərbi qüvvələrini təslim edib silahlarını bizə verərsə, hər şey bitəcək. Heç kim ölməli deyil. Heç kim savaşmalı deyil. Əgər onlar bunu etməsə - silahlarını bizə verməsə və girovları azad etməsə, geri çəkilməyəcəyik. Biz HƏMAS-a tam qalib gələnədək dayanmayacağıq. Biz bu gün bu müharibəni ona görə edirik ki, heç bir israilli uşaq bir daha HƏMAS terrorçularının onların yataq otaqlarına girərək onlara hücum edəcəyi qorxusu ilə yaşamasın. Bizim məqsədimiz budur”.


Geri dön