Azərbaycan Respublikası tərəfindən imzalanmış readmissiya sazişləri çərçivəsində 2023-cü il ərzində 193 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən xəbər verilib.
Qeyd edilib ki, onlar əsasən Almaniya, İsveç, Avstriya və digər ölkələrdən geri qəbul edilmiş şəxslərdir.