İsrail Müdafiə Ordusu HƏMAS-ın yüksək vəzifəli qadın üzvü olan Cəmilə əl-Şantini zərərsizləşdirib.
Qarabaginfo.az İsrail KİV-inə istinadən xəbər verir ki, 68 yaşlı siyasətçi HƏMAS-ın Siyasi Bürosunun ilk qadın üzvü, təşkilatın qadın qolunun yaradıcısı olub.
Qəzzada İslam Universitetində müəllim işləmiş Cəmilə əl-Şanti 2006-cı ildə HƏMAS-dan parlamentə deputat seçilib. Eyni zamanda 2021-ci ildə qadın məsələləri üzrə nazir təyin olunub.
O, İsrail hökumətinin vaxtilə zərərsizləşdirdiyi HƏMAS lideri Əbdül Əziz əl-Rantisinin həyat yoldaşıdır.