Ana Sayfa > Karusel / Dünya > İsrail son sutkada HAMAS-ın yüzlərlə obyektinə zərbə endirib
İsrail son sutkada HAMAS-ın yüzlərlə obyektinə zərbə endirib19-10-2023, 09:46. Yazar: Admin |
Son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri HAMAS-ın yüzlərlə hədəfinə hücum edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin “Telegram” kanalında bildirilib. “Bu obyektlərə tank əleyhinə raket buraxılış məntəqələri, terrorçuların qazdıqları tunellər, kəşfiyyat infrastrukturu və əlavə komanda mərkəzləri daxildir”, - hesabatda vurğulanıb. Onlarla minaatan qurğunun vurulduğu da qeyd edilib. Bundan əlavə, İsrail qırıcıları Qəzza zolağının cənubundakı Rəfah şəhərində "Xalq Müqavimət Komitələri" radikal qruplaşmasının hərbi qanadının rəhbərini vurub və bir yüksək dəqiqlikli hava hücumu ilə hərbçilər HAMAS-ın Qəzzadakı 10-a yaxın hakim nümayəndəsini vurublar. Geri dön |