Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan İsrail-Fələstin münaqişəsi zonasında artan eskalasiyadan dərindən narahatdır
Azərbaycan İsrail-Fələstin münaqişəsi zonasında artan eskalasiyadan dərindən narahatdır18-10-2023, 17:00. Yazar: Admin |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələrlə bağlı İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında iştirak edib. Qarabaginfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən iclasda çıxış edən nazir, Azərbaycanın son hadisələrdən və İsrail-Fələstin münaqişəsi zonasında artan eskalasiyadan dərin narahatlığını vurğulayıb. XİN rəhbəri, hərbi əməliyyatların dərhal dayandırılmasına çağırış edib. Geri dön |