Ana Sayfa > Karusel / Region > Ermənistan XİN: Paşinyan AP-dəki çıxışı zamanı konkret ölkə adı çəkməyib

Ermənistan XİN: Paşinyan AP-dəki çıxışı zamanı konkret ölkə adı çəkməyib


18-10-2023, 16:16. Yazar: Admin

Ermənistan XİN: Paşinyan AP-dəki çıxışı zamanı konkret ölkə adı çəkməyib

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı konkret ölkə adı çəkməyib.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan XİN rəhbərinin müavini Paruyr Hovhannisyan Nikol Paşinyanın Avropa Parlamentində Ermənistanın müttəfiqlərinə qarşı səsləndirdiyi ittihamları şərh edərkən deyib.

Hovhannisyanın sözlərinə görə, Paşinyan çıxışı zamanı bildirib ki, Ermənistanda demokratiya eyni ssenari üzrə ciddi zərbələr alıb və almağa davam edir:

“Bu zərbələrin arasında ilk sırada xarici aqressiya, sonra Ermənistanın müttəfiqlərinin fəaliyyətsizliyi, daha sonra isə hərbi və ya humanitar vəziyyətdən istifadə edərək ölkədə hakimiyyəti devirmək cəhdləri yer alır və burada heç bir sensasiyalı açıqlama verilməyib. Çıxış zamanı konkret hər hansı ölkənin adı qeyd olunmayıb”.

Mirzoyanın müavinin həmçinin Qarabağdakı Rusiya sülhməramlı kontingenti məsələsinə toxunub:

“Onların bir sıra hərəkətlərindən Ermənistanın narazı olması bir neçə dəfə səsləndirilib”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Avropa Parlamentindəki çıxışı zamanı ölkəsinin təhlükəsizlik sahəsindəki müttəfiqlərini ölkədə demokratik hökumətin devrilməsinə açıq çağırışlarda ittiham edib.


Geri dön