ABŞ Prezidenti Co Bayden İsrailə yola düşüb.
Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir ki, o, buna görə İordaniyaya səfərini ləğv edib.
Xatırladaq ki, ötən gün Qəzza zolağında raketlərdən biri Əl-Əhli Baptist xəstəxanasına düşüb. Hadisə nəticəsində azı 500 nəfərin öldüyü açıqlanıb.
***
“Reuters”in məlumatına görə, Co Baydenin İsrailə səfəri başlayıb.
ABŞ liderini Təl-Əvinin Ben-Qurion hava limanında ölkənin Baş naziri Benyamin Netanyahu və Prezident İshaq Hersoq qarşılayıb.