Ana Sayfa > Karusel / İqtisadiyyat > Şəxsi mülkiyyətində olan torpaq sahəsini satan şəxs vergi ödəməlidirmi?

Şəxsi mülkiyyətində olan torpaq sahəsini satan şəxs vergi ödəməlidirmi?


18-10-2023, 14:04. Yazar: Admin

Şəxsi mülkiyyətdə olan torpağın təqdim edilməsi hansı vergi öhdəliyi yaradır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinə əsasən, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

Belə ki, fiziki şəxs özünəməxsus torpaq sahəsini təqdim etdiyi zaman notarius tərəfindən torpaq sahələrinin hər kvadratmetri üçün 0,5 manat məbləğində (torpaq sahəsinin yerləşdiyi ərazidən asılı olaraq) Vergi Məcəlləsinin 220.8-ci maddəsi ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.

Kənd təsərrüfatı təyinatlı torpaqlara görə sadələşdirilmiş vergi hesablanarkən isə bu maddə ilə müəyyən olunmuş torpaq sahəsinin yerləşdiyi ərazi üzrə zona əmsalları tətbiq edilmir.


Geri dön