Ana Sayfa > Karusel / Qarabağ / Gündəm > Xaçatryan sirləri açdı: Plan Xankəndidə hazırlanmışdı... 

Xaçatryan sirləri açdı: Plan Xankəndidə hazırlanmışdı... 


18-10-2023, 12:04. Yazar: Admin

Xaçatryan sirləri açdı: Plan Xankəndidə hazırlanmışdı... 

 

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın məhkəməsi davam edir.

Qarabaginfo.az xəbər verir ki, iclasda Xaçatryan zərərçəkmiş şəxslərdən birinin ifadəsinə münasibət bildirərkən Meşəli kəndinə hücum planının Xankəndidə hazırlandığını deyib.

 

O vurğulayıb ki, hücum edənlər Ermənistandan, xaricdən gələnlər, həmçinin Daşnaksütyun Partiyasının üzvləri olublar.

 

“Dəstənin başçıları Xankəndidən idi. Amma adlarını bilmirəm. Ancaq bizim kənddən iştirak edənləri tanıyıram”, - Xaçatryan qeyd edib.

 

Xaçatryan həmin hadisələrdə iştirak etmədiyini iddia edib. Prosesdə ifadə verən zərərçəkmişlər isə Vaqif Xaçatryanı tanıdıqlarını, Meşəlidə cinayət törədənlərdən birinin o olduğunu bildiriblər. 


Geri dön