Ana Sayfa > Karusel / Gündəm > Vəkil Vaqif Xaçatryanın müdafiəsindən imtina etdi

Vəkil Vaqif Xaçatryanın müdafiəsindən imtina etdi


17-10-2023, 10:56. Yazar: Admin

 

Vəkil Vaqif Xaçatryanın müdafiəsindən imtina etdi

 

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Natiq Bəybalayev Meşəli qətliamını törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın müdafiəsindən imtina edib.

 

Qarabaqinfo.az-ın məlumatına görə, bu, bu gün Yasamal rayon məhkəməsində Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmədə məlum olub.

 

Prosesdə N. Beydullayev məhkəməyə müraciət edib. O bildirib ki, səhhəti ilə əlaqədar müdafiədən imtina edir.

 

Etiraz qəbul edilib və V. Xaçatryan başqa müdafiəçi ilə təmin edilib.

 

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Radmila Abdulova V. Xaçatryana müdafiəçi təyin edilib.


Geri dön