Ana Sayfa > Karusel / Gündəm > Jurnalist Arayikin Xankəndidəki kreslosunda əyləşdi - FOTO

Jurnalist Arayikin Xankəndidəki kreslosunda əyləşdi - FOTO


16-10-2023, 11:32. Yazar: Admin

 

Jurnalist Arayikin Xankəndidəki kreslosunda əyləşdi - FOTO

Qarabağdan qovulmuş separatçıların keçmiş “lideri”, hazırda Bakıda istintaq təcridxanasında saxlanılan Arayik Arutyunyanın bir zamanlar Xankəndidə istifadə etdiyi iş otağından görüntülər yayılıb.

Qarabaqinfo.az-ın məlumatına görə,  AzTV-nin yaydığı görüntülərdən bəlli olur ki,  Azərbaycan Ordusunun gəlişindən qorxan separatçıların “rəsmiləri” danışdıqları telefonun dəstəyini belə yerinə qoymadan tələm-tələsik qaçıblar.

Yeri gəlmişkən, Xankəndidən reportaj hazırlayan AzTV-nin əməkdaşı Vüsal Məmmədov sosial şəbəkədə Arayik Arutyunyanın keçmiş kabinetindən maraqlı görüntü paylaşıb. Telejurnalistin Arutyunyanın kreslosunda əyləşib poza verməsi sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.


Geri dön