Ana Sayfa > Karusel / Sosial > 2024-cü il üçün dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb

2024-cü il üçün dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb


14-10-2023, 13:19. Yazar: Admin

Gələn il üçün dövlət büdcəsinin gəlir və xərcləri məlum olub.

Bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində proqnozlaşdırılır.


Geri dön