Ana Sayfa > Karusel / Siyasət > “Prezidenti əmin edirəm ki, fəaliyyətimizi siyasi kursa uyğun davam etdirəcəyik”

“Prezidenti əmin edirəm ki, fəaliyyətimizi siyasi kursa uyğun davam etdirəcəyik”


14-10-2023, 11:50. Yazar: Admin

 

Kamran Əliyev yeni Baş prokuror seçildi — Yenilənib

“İlham Əliyev hakimiyyətə gəldikdən sonra korrupsiyaya qarşı mübarizə yeni vüsət aldı”.

Qarabaginfo.az xəbər verir ki, bunu İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədər keçirilən tədbirdə Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, artıq korrupsiyaya qarşı mübarizə dövlətin əsas siyasətinə çevrilib: “Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaradılması da məhz Prezidentin uğurlu siyasətinin və prokurorluq orqanlarına verdiyi qiymətin nəticəsidir. Prezidenti əmin edirəm ki, prokurorluq orqanları bundan sonra da öz fəaliyyətlərini siyasi kursa uyğun olaraq, qanunla nəzərdə tutulan istiqamətdə davam etdirəcəklər”.


Geri dön