Ana Sayfa > Karusel / Sosial > “Pensiya yaşının 50-55-ə endirilməsini istəyənlər fərqində deyillər ki...”
“Pensiya yaşının 50-55-ə endirilməsini istəyənlər fərqində deyillər ki...”13-10-2023, 13:58. Yazar: Admin |
“Azərbaycanda effektiv pensiyada olma müddəti 15 ildir və bu rəqəm dünyada olan ən yüksək rəqəmlərdəndir”. Qarabaginfo.az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə “Heydər Əliyev -100: Müasir Azərbaycan - sosial rifah və sosial ədalət dövləti” mövzusunda keçirilən elmi-praktik konfransda bildirib: “Biz pensiya sistemini dağıtmaq istəyiriksə, istənilən əsası olmayan fikirlər səsləndirmək olar. Gəlin deyək pensiyada qalmaq yaşı 30 il olsun. Amma bunun əsasında rəqəmlər, iqtisadi hesablamalar dayanmalıdır axı”. Nazirin sözlərinə görə, gənclər arasında işsizlik həmişə ümumi işsizlikdən üstün olacaq: “Bu, təbii haldır, dünyanın hər yerində onlar üçün iş tapmaq çətin olacaq. Bunun üçün proqramlar olmalıdırmı, bəli olmalıdır və biz bir çox proqramlar, layihələr üzərində işləyirik. Bundan əlavə, bəzi şəxslər mövzunu başqa yerə aparırlar. Deyirlər pensiya yaşı 50-55 yaşa endirilməlidir. Bunu deyən şəxslər fərqində deyillər ki, araşdırma aparmadan dedikləri bu fikirlər Azərbaycanın gələcəyi üçün nələr vəd edir”. Geri dön |