Ana Sayfa > Karusel / Region > Rusiya qışda Ukrayna infrastrukturunu dağıtmaq üçün raketlər yığır - KƏŞFİYYAT

Rusiya qışda Ukrayna infrastrukturunu dağıtmaq üçün raketlər yığır - KƏŞFİYYAT


13-10-2023, 13:27. Yazar: Admin

Rusiya qışda Ukrayna infrastrukturunu dağıtmaq üçün raketlər yığır - KƏŞFİYYAT

 

Rusiya qışda Ukraynanın infrastrukturuna hücum etmək üçün raketlər yığır.  

Qarabaginfo.az xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatı məlumat yayıb.

Məlumata görə, Rusiya Aerokosmik Qüvvələrinin uzaqmənzilli aviasiyası 21 gündür ki, Ukraynaya raket hücumu həyata keçirmir. Bundan əvvəl Rusiya Federasiyası mart-aprel aylarında Ukraynanın kritik infrastrukturuna kütləvi qış hücumlarından sonra raket hücumlarında uzun fasilə vermişdi.

 

Britaniyalı analitiklərin fikrincə, Rusiya qışın gəlişi ilə yenidən Ukrayna infrastrukturuna qarşı kampaniyaya başlamaq üçün raket ehtiyatı yığır. Son vaxtlar Rusiya Federasiyası Dunay limanlarına və taxıl ixracı üçün nəzərdə tutulmuş Ukraynanın digər infrastrukturlarına hücumlara diqqət yetirib.

 

Bu infrastrukturun əhəmiyyətli hissəsi Rumıniya ilə sərhəd yaxınlığında yerləşir. Buna görə də, Britaniya kəşfiyyatı hesab edir ki, Rusiya bu cür hücumlar üçün daha dəqiq silah kimi "Shahed" dronlarından istifadə edib.


Geri dön