Ana Sayfa > Karusel / Qarabağ > Şuşada DOST mərkəzi açılır

Şuşada DOST mərkəzi açılır


13-10-2023, 12:41. Yazar: Admin

Şuşada DOST mərkəzi açılır

 

Yaxın dövrlərdə Şuşada DOST mərkəzinin fəaliyyətə başlanması planlaşdırılır. Eyni zamanda, dost inklüziv inkişaf yaradıcılıq şəbəkəsi də genişləndirilir. Bərdə və İsmayıllıda inklüziv mərkəzlərin yaradılması istiqamətində işlər yekunlaşdırılır. Paralel olaraq sosial xidmətlərin elektronlaşması sahəsində də mühüm nailiyyətlər əldə edilir.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsində keçirilən “Heydər Əliyev - 100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.  

 

Nazir bildirib ki, bu gün xidmətlərimizin 90 faizindən çoxu, başqa sözlə 140 xidmət tam şəkildə elektronlaşıb: “Ümumilikdə, rəqəm olaraq bildirim ki, cari ilin doqquz ayı ərzində nazirliyin elektron xidmətlərindən istifadə, elektron müraciət, elektron sorğu, dövlət qurumları ilə inteqrasiya çərçivəsində göstərilən xidmətləri toplam olaraq götürsək 278 milyon xidmət göstərilib. Yəni cəmi 10 milyonluq əhalisi olan bir ölkə üçün kifayət qədər ciddi və böyük bir rəqəmdir. Ümumilikdə, aparılan bu islahatlara beynəlxalq qurumlar tərəfindən də çox yüksək qiymət verilir və son beş il ərzində ölkəmizdə aparılan sosial islahatlara görə 46 beynəlxalq mükafat və sertifikat əldə olunub”, - deyə Sahil Babayev qeyd edib.


Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və Prezident İlham Əliyevin yeni, müasir və uyğun yüksək səviyyədə davam etdirdiyi müdrik və uzaqgörən milli inkişaf strategiyası son 20 ildə Azərbaycanın böyük tarixi uğurları möhtəşəm zəfərə, eyni zamanda, mühüm sosial irəliləyişlərə nail olunmasını təmin edir. Bu müdrik və uzaqgörən siyasət bundan sonra da ölkəmizin dinamik inkişaf yolunda hər zaman qələbələrə və zirvələrə doğru aparacaq.


Geri dön