Ana Sayfa > Karusel / Region > Putin “dost” ölkələrə 15 milyard dollar kredit ayıracaq

Putin “dost” ölkələrə 15 milyard dollar kredit ayıracaq


13-10-2023, 11:35. Yazar: Admin

 

Rusiya hakimiyyəti yaxın 3 il ərzində dövlət kreditləri şəklində “dost” ölkələrə 1,4 trilyon (15,6 milyard dollar) rubl ayıracaq.

Qarabaginfo.az xəbər verir ki, bu, 2024-2026-cı illər üçün büdcə qanunu layihəsindən irəli gəlir.

Sənədə əsasən, 2024-cü ildə kreditlərə 468,5 milyard rubl, 2025-ci ildə 473,7 milyard, 2026-cı ildə isə 479,9 milyard rubl ayrılacaq.

Beləliklə, hakimiyyət orqanları hər il orta hesabla dövlət kreditləri üçün 5,2 milyard dollar ayırmağı planlaşdırır.

Maliyyə Nazirliyi qeyd edir ki, bu məbləğdə vəsait Rusiya üçün hökumətlərarası sazişlər üzrə öhdəliklərini yerinə yetirmək, həmçinin Rusiya mallarının yüksək rəqabət qabiliyyətinin qaldığı sənaye sahələrində mövcud layihələri və ixraca maliyyə dəstəyini başa çatdırmaq üçün zəruridir.


Geri dön