Ana Sayfa > Karusel / Gündəm > Xınalıq və Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Xınalıq və Şahdağa qar yağıb - FAKTİKİ HAVA


12-10-2023, 10:28. Yazar: Admin

 

Xınalıq və Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Oktyabrın 12-si saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağıb.

 

Düşən yağıntının miqdarı Lənkəranda 37 mm, Astarada 27 mm, Göytəpədə 26 mm, Ağsuda 10 mm, Yardımlıda 9 mm, Lerik, Quba, Qusar, Qrız, Xaltan, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Şahdağ, Tərtər, Biləsuvar, Yevlax, Kəlvəzdə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 9 mm-dək olub.

 

Qar örtüyünün hündürlüyü Qrız, Qusarda 1 sm olub. Lerik, Qrız, Balakəndə duman müşahidə olunub.

 

Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Bərdə, Şəki, Şirvanda 18 m/s, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında 27 m/s -dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.

 

Geri dön