Ana Sayfa > Karusel / Cəmiyyət > Təhsil naziri əmr imzaladı
Təhsil naziri əmr imzaladı14-09-2020, 14:01. Yazar: Admin |
Təhsil naziri Emin Əmrullayev 2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə əmr imzalayıb. Təhsil Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, əmrdə qeyd edilib ki, 2019-2020-ci tədris ilinin 2-ci yarımilinə dair bütün siniflər üzrə proqram materiallarının şagirdlər tərəfindən mənimsənilməsi vəziyyətinin diaqnostik qiymətləndirmə vasitəsilə öyrənilməsi və bununla da çatışmazlıqların yeni tədris ilində intensiv tədris yolu ilə aradan qaldırılması əsas məsələlərdəndir. Bundan başqa, koronavirus (COVID-19) pandemiyası ilə bağlı mövcud vəziyyəti və zəruri ehtiyacları nəzərə alaraq distant (məsafədən) təhsilin təşkili ilə bağlı məktəb rəhbərləri və müəllimlərin kurslara cəlbi nəzərdə tutulur. Əsas hədəflər sırasına məsafədən öyrətmə və öyrənmənin metodikasının geniş təbliği, ümumi təhsil müəssisəsində sosial davranış qaydalarının təşviqi, xarici dillərin tədrisinin səviyyəsinin yüksəldilməsi, eləcə də “Rəqəmsal bacarıqlar” və “STEAM” pilot layihələrin icrası ilə bağlı məsələlər də daxildir. Eyni zamanda təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması, mütəmadi dezinfeksiya işlərinin aparılması aktual məsələlər sırasında yer alır.
Geri dön |