Ana Sayfa > Karusel / Dünya > Rusiya İsraildəki müharibədən yararlanmaq istəyir

Rusiya İsraildəki müharibədən yararlanmaq istəyir


11-10-2023, 16:13. Yazar: Admin

 

Rusiya İsraildəki müharibədən yararlanmaq istəyir

Rusiya İsraildəki müharibənin ABŞ-ı Ukraynadan yayındıracağını gözləyir.


Qarabaqinfo.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

 

Məlumata görə, Kreml hesab edir ki, ABŞ-ın İsrail münaqişəsinə diqqəti Kiyevə silah tədarükünün səngiməsinə səbəb olarsa, Kreml başçısı Vladimir Putin məqsədlərinə daha ​​tez nail olunacaq.

 

Qeyd edək ki, İsraildəki münaqişənin oktyabrın 11 və 12-də Brüsseldə keçiriləcək NATO müdafiə nazirlərinin görüşü çərçivəsində müzakirə ediləcəyi gözlənilir.

 

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun aylıq iclasında (Ramşteyn 16) Kiyevin müttəfiqləri də silah təchizatını müzakirə edəcəklər.
 


Geri dön