Ana Sayfa > Karusel / Dünya > Ərdoğan Akşeneri Cümhur İttifaqına dəvət etdi
Ərdoğan Akşeneri Cümhur İttifaqına dəvət etdi11-10-2023, 16:09. Yazar: Admin |
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətə çağırış edib.
Qarabaqinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, siyasi qüvvələri hakim Cümhur İttifaqına qoşulmağa səsləyib.
Ərdoğan xüsusi olaraq İYİ Partiyanın adını çəkib: "Qatılmaq istəyən hər kəsə qapımız açıqdır. İYİ Partiya da buna daxildir".
Qeyd edək ki, İYİ Partiya son seçkilərə qədər Millət İttifaqına daxil olub. Dəfələrlə iqtidar tərəfdən partiyaya isti mesajlar yönəldilsə də, hələlik Meral Akşenerin İYİ Partiyası özünü müxalifətdə hesab edir. Geri dön |