Türkiyə İsrail və Fələstində baş verən hadisələri izləyir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim AK Partiyanın qrup iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, ölkəsi həm İsrail, həm də Fələstində mülki əhalinin öldürülməsini qınayır.
Ərdoğan İsraili müharibə qaydalarına əməl etməyə çağırıb. O, həmçinin əlavə edib ki, Türkiyə ədalətli vasitəçilik etməyə hazırdır.