Ana Sayfa > Karusel / İqtisadiyyat > Vergi daxilolmaları artıb - Mikayıl Cabbarov

Vergi daxilolmaları artıb - Mikayıl Cabbarov


11-10-2023, 11:50. Yazar: Admin

 

Vergi daxilolmaları artıb - Mikayıl Cabbarov

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 22,6 % çox - 12 milyard 810,7 milyon manat vəsait daxil olub.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" (tvitter) sosial şəbəkə hesabında bildirib.

 

"O cümlədən, son 1 ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 19,3 % artaraq 7 milyard 425,8 milyon manata çatıb. Daxilolmalarda müsbət dinamikanı saxlamaq üçün biznes mühitinin şəffaflaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində fəaliyyətimiz davamlı olacaq", - deyə o, qeyd edib.


Geri dön