Ana Sayfa > Karusel / Dünya > BMT İsrail və HƏMAS-ın hərbi cinayətlərinə dair sübutlar toplayır

BMT İsrail və HƏMAS-ın hərbi cinayətlərinə dair sübutlar toplayır


10-10-2023, 17:55. Yazar: Admin

BMT-nin İsrail və Fələstin ərazilərindəki hadisələri araşdıran Müstəqil Komissiyası münaqişə tərəflərinin törətdiyi hərbi cinayətlərə dair sübutlar toplamağa başlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yayılıb.

Komissiya üzvləri oktyabrın 7-dən baş vermiş hüquq pozuntularına diqqət yetirəcəklər.

Məlumatda deyilir ki, komissiya 7 oktyabr 2023-cü il tarixindən, HƏMAS-ın İsrailə hərtərəfli hücumu və İsrail qüvvələrinin Qəzzaya hava zərbələri ilə cavab verməsindən sonra bütün tərəflərin törətdiyi hərbi cinayətlərə dair sübutlar toplayır və saxlayır.


Geri dön