Ana Sayfa > Karusel / Siyasət > Hakan Fidan Şuşada - Foto

Hakan Fidan Şuşada - Foto


10-10-2023, 14:08. Yazar: Admin

hakan-fidan-susada

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.

Qarabaginfo.az Trend-ə istinadən xəbər verir ki, Hakan Fidan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Şuşa şəhərində təşkil olunan 27-ci iclasında iştirak edir.

Qeyd edək ki, iclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndiriləcək, təşkilatın gündəliyində duran cari məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, İƏT Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür.


 


Geri dön