Ana Sayfa > Karusel / Dünya > “HƏMAS bizi aldatdı, iki il bu hucuma hazırlaşıb” –İsrail kəşfiyyatından "Röyter"ə etiraf

“HƏMAS bizi aldatdı, iki il bu hucuma hazırlaşıb” –İsrail kəşfiyyatından "Röyter"ə etiraf


9-10-2023, 15:33. Yazar: Admin

Fələstinin HƏMAS qruplaşması ən azı iki il İsrailə hücuma hazırlaşıb. Bütün bu müddət ərzində sadəcə döyüş və ya qarşıdurmada iştirak etmək istəmədiyi görüntüsü yaradıb.

Qarabaginfo.az bildirir ki, bu barədə “Reuters” silahlılara yaxın mənbələrə və İsrail təhlükəsizlik xidmətinin nümayəndələrinə istinadən məlumat yayıb.

Məqalədə deyilir ki, HƏMAS son aylarda İsraili çaşdırmaq üçün misli görünməmiş kəşfiyyat taktikalarından istifadə edib.

Eyni zamanda, materialda qeyd olunduğu kimi, HƏMAS Qəzzada İsrailə məxsus qəsəbənin imitasiyasını tikib və orada qoşunların enişi və hücumu öyrədib. Bu təlimləri videoya çəkib. Mənbənin sözlərinə görə, İsrail görüntüləri görüb, lakin HƏMAS-ın hərbi müdaxilə planlaşdırmadığına əmin olub.

İsrail təhlükəsizlik orqanınından olan mənbə ölkənin HƏMAS tərəfindən aldadıldığını etiraf edib.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü mayor Nir Dinar son hücumu İsrailin 11 sentyabr hadisəsi adlandırıb.

Xatırladaq ki, oktyabrın 7-də İsrail ərazisinə raketlərin atıldığı məlum olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başladığını elan edib.


Geri dön