Ana Sayfa > Karusel / Siyasət > Rusiya XİN: Azərbaycanla Ermənistan arasında balanslaşdırılmış razılaşmaların əldə olunmasına kömək edəcəyik
Rusiya XİN: Azərbaycanla Ermənistan arasında balanslaşdırılmış razılaşmaların əldə olunmasına kömək edəcəyik9-10-2023, 12:26. Yazar: Admin |
Ermənistanla Azərbaycan arasındakı münaqişəli vəziyyətə hələ son qoyulmayıb. Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan kompleks üçtərəfli razılaşmalar tam şəkildə icra olunmadan münaqişəli vəziyyətə nöqtə qoyulduğunu hesab etmək olmaz. “Hesab edirəm ki, münaqişə vəziyyətinə hələ də son qoyulmayıb. Burada Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar kompleksi aktual olaraq qalır. Söhbət Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin açılması, sərhədin delimitasiyası və demarkasiyası, sülh müqaviləsinin imzalanması və ictimai xadimlər, ekspert icmaları, Azərbaycan və Ermənistan parlamentariləri arasında əlaqələrin qurulması kimi mühüm komponentlər üzrə razılaşmaların əldə edilməsindən gedir. Bütün bunlar birlikdə götürüldükdə gələcək razılaşmada müəyyən ediləcək qarşılıqlı məqbul normallaşma şərtlərinə gətirib çıxarmalıdır. Rusiya isə hər iki ölkə ilə tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan vicdanlı bir vasitəçi kimi iki qonşumuz arasında davamlı, balanslaşdırılmış razılaşmaların əldə olunmasına kömək etməyə səy göstərəcək”, deyə rusiyalı diplomat vurğulayıb. Geri dön |