Ana Sayfa > Karusel / Gündəm > Ünvanlı sosial yardımın verilməsi təkmilləşdirilməlidir - Deputatlar
Ünvanlı sosial yardımın verilməsi təkmilləşdirilməlidir - Deputatlar9-10-2023, 09:31. Yazar: Admin |
Ünvanlı sosial yardımla bağlı son zamanlar müəyyən müzakirələr aparılır. Sosial yardımın verilməsində boşuqların olduğu söylənilir. Məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, ünvanlı sosial yardımın verilməsində problemlərin olduğunu vurğulayıb: “Biz sosial yardımla bağlı qanunu qəbul edəndə vəziyyət indiki kimi deyildi. Vəziyyət kifayət qədər ağır idi. Bu qanunla aztəminatlı ailələrə kömək etmək məqsədi güdürdük. Kifayət qədər insan ünvanlı sosial yardım alıb. Bu gün də almağa davam edirlər. Amma yardımların ünvanına çatdırılmasında müəyyən problemlər var. Müəyyən şəxslər var ki, bu işi təmiz görmürlər, problemlər yaradırlar. Bundan istifadə edənlər olur. Ayda bir dəfə Qubada əhaliylə görüş keçirirəm. Ən çox şikayət elə ünvanlı sosial yardımla bağlı olur. Bir odur, bir də işsizlik. Düzdür, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çox işlər gördü. Prosesi elektronlaşdırır. Yenə də problemlər kifayət qədərdir. Sosial yardım verməmək üçün torpaq sahəsi, maşın kimi şeylər misallar gətirilir. Bu yaxınlarda mənə iki nəfər müraciət etdi ki, onlara deyiblər "iş yerindən arayış gətir, görək maaşın nə qədərdir? Sonra sənə ünvanlı sosial yardım müəyyən edəcəyik". Əgər bu işləyirsə, sosial yardıma nə ehtiyac var? Ehtiyacı var ki, gəlib ünvanlı sosial yardım istəyir. Belə hadisələr kifayət qədərdir. Ona görə də təkmilləşdirmələrə ehtiyac var”. V.Əhmədov sosial yardımların yerinə çatması üçün uşaqpulunun verilmələrinin lazım olduğunu söyləyib:
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov gələcəkdə bu məsələ ilə bağlı addımlar atılacağını bildirib: "Doğrudan da, bu məsələ ilə əlaqədar olaraq, çoxlu müzakirələr aparılır, fikirlər söylənilir. Şəxsin atasından qalan, yaxud kiminsə aldığı maşın və ya haradasa 10-15 sot pay torpağı varsa, bu, ona sosial yardım verilməməsi üçün birbaşa səbəb ola bilməz. Bu pay torpağının əlverişli yerdə olub-olmaması, yararlı-yararsız olub-olmaması araşdırılmalıdır. Lap yararlı olsa da, oradan ünvanlı sosial yardım kimi verilən məbləği əvəz edə biləcək qazanc götürə bilərmi? Bununla əlaqədar fikirlər söylənilir, təkliflər verilir. Düşünürəm ki, gələcəkdə bununla bağlı addımlar atılacaq. İmkansız ailələrin sosial yardımdan istifadə edə bilməsinə mane törədən kriteriyalar yaxın zamanlarda aradan qaldırıla bilər. Yəni bu, gündəmdə olan məsələdir. Ölçüsü və məhsuldarlığı aşağı olan torpaqlar nəzərə alınmalıdır. İstismar müddəti başa çatmış maşınlar varsa, bunlar nəzərə alınmalıdır. Zaman gəldikcə, bu məsələlər öz həllini tapmalıdır və tapacaq". Geri dön |