Ana Sayfa > Karusel / Region > Rusiyada müflis olanların sayı 1 milyonu ötüb
Rusiyada müflis olanların sayı 1 milyonu ötüb6-10-2023, 13:20. Yazar: Admin |
Rusiyada müflis olanların sayı 1 milyonu ötüb. Qarabaginfo.az xəbər verir ki, bu ilin əvvəlindən 249,9 min borclu iflas prosedurundan keçib. Rusiyada məhkəmə iflas prosedurunun mövcud olduğu səkkiz il ərzində 1 milyondan çox vətəndaş maliyyə cəhətdən müflis statusu alıb. Daha 15 minə yaxın insan sadələşdirilmiş prosedurdan istifadə edərək məhkəməsiz müflis ola bilib. Bu ilin əvvəlindən 249,9 min borclu bu prosedurdan keçib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə fərdi iflasların sayının 28,8% artdığını göstərir. Nəşrin yazdığına görə, hər ay məhkəmələr vasitəsilə 26-30 min insan müflis statusu alsa da, iflas prosedurlarının artım tempi yavaşlayıb. Müqayisə üçün 2020-ci ildə maliyyə cəhətdən müflis olan vətəndaşların sayı 72,6% artıb. 2021-ci il bu rəqəm 62%, 2022-ci il üçün isə 44,2% olub.(Apa) Geri dön |