Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bu gün İrəvanda sülhməramlıların Qarabağdan çıxma tarixi müzakirə ediləcək 
Ana Sayfa > Karusel / Qarabağ / Region > Bu gün İrəvanda sülhməramlıların Qarabağdan çıxma tarixi müzakirə ediləcək 

Bu gün İrəvanda sülhməramlıların Qarabağdan çıxma tarixi müzakirə ediləcək 


6-10-2023, 13:05. Yazar: Admin

bu-gun-irevanda-sulhmeramlilarin-qarabagdan-cixma-tarixi-muzakire-edilecek

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı diplomatik mənbəyə istinadən TASS yayıb. 

Bildirilir ki, görüşdə rusiyalı sülhməramlı kontingentin Qarabağdan konkret çıxma tarixləri müzakirə ediləcək.

Qeyd edək ki, 2020-ci il noyabrın 9-da atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilib. Rusiya sülhməramlı kontingentinin qalma müddəti 5 ildir. Müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.


Geri dön