Ana Sayfa > Karusel / Region > Ermənistan prezidenti Fransa ilə hərbi əməkdaşlıqdan DANIŞDI

Ermənistan prezidenti Fransa ilə hərbi əməkdaşlıqdan DANIŞDI


6-10-2023, 12:56. Yazar: Admin

Ermənistan prezidenti Fransa ilə hərbi əməkdaşlıqdan DANIŞDI

 

"Fransa və digər ölkələrlə hərbi sahədə əməkdaşlıq heç bir üçüncü ölkəyə qarşı yönəlməyib".

 

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vahaqn Xaçaturyan "France 2" telekanalına müsahibəsində deyib.

 

Onun sözlərinə görə, İrəvan-Paris əməkdaşlığı yalnız müdafiə məqsədi daşıyır.

 

"Əsas məqsədimiz Azərbaycanla problemi həll etməkdir. Biz regionda uzunmüddətli və sabit sülhün bərqərar olmasının tərəfdarıyıq, siyasətimiz buna yönəlib və bu məsələdə beynəlxalq tərəfdaşlarımızdan dəstək gözləyirik, sülh şəraitində yaşamaq, qonşularla problemləri sülh yolu ilə həll etmək və yaxşı inkişaf etmək istəyirik", - deyə o qeyd edib.


Geri dön