Rusiya BMT-nin Qarabağdakı bir günlük missiyasının nəticələrini təhlil edəcək.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.
O, Moskvanın hesabatı gözlədiyini qeyd edib.
Rusiyalı diplomat BMT-nin hələ ki Qarabağda hər hansı ciddi qanun pozuntusunu qeydə almadığını da vurğulayıb.