Ana Sayfa > Karusel / Mədəniyyət > Əməkdar artistin vəziyyəti ağırlaşdı

Əməkdar artistin vəziyyəti ağırlaşdı


14-09-2020, 11:11. Yazar: Admin

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib.

 

Qarabaginfo.az xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib.

 

"Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmaları var, səndələyir, nitqi itir. Artıq heç kimi tanımır. Yataqdadır, yerindən dura bilmir və vəziyyəti ağırlaşır. Təzyiq və baş ağrıları artır, kəskinləşir”,- deyə bildirilib.

 

Qeyd edək ki, maddi durumu yaxşı olmayan sənətçi xəstəxanaya getməkdən və əməliyyatdan imtina edib.Qafqazinfo

 


Geri dön