Ana Sayfa > Karusel / Region > Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanması təsdiqlənib
Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanması təsdiqlənib5-10-2023, 17:48. Yazar: Admin |
Avropa Parlamenti Moldovanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların başlanmasını təsdiqləyib. Qarabaginfo.az xəbər verir ki, bununla bağlı səsvermə Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclası çərçivəsində baş tutub. Parlamentarilərin fikrincə, Moldova hökuməti üzvlüklə bağlı danışıqlara başlamaq üçün İttifaqın irəli sürdüyü tələbləri yerinə yetirmək əzmini və qabiliyyətini nümayiş etdirib. Səsvermənin sonunda Parlamentin üzvləri Moldova ilə Aİ arasında İttifaqa qoşulmaqla əlaqədar danışıqların başlanması ilə bağlı qətnamə qəbul ediblər. Moldovanın İttifaqa qoşulması Avropanın güclənməsinə geostrateji investisiya kimi qiymətləndirilib. Xatırladaq ki, ötən il Ukrayna və Gürcüstanla birlikdə Moldova hökuməti Aİ-yə üzvlüyə namizəd statusu almaq üçün müraciət edib və Kişinyovla və Kiyevin müraciəti təsdiqlənib. Moldova da öz növbəsində milli qanunvericilik sistemini və xarici siyasəti kursunu İttifaq standartlarına uyğunlaşdırmaq üçün bir sıra öhdəliklər götürüb. Geri dön |