Xəbər verildiyi kimi, qanunsuz yollarla Azərbaycan Respublikasının ərazisinə gələrək qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ermənistan vətənmdaşı Ruben Karlenoviç Vardanyan sentyabrın 27-də Qarabağdan qaçarkən “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Vardanyana qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi açıb. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qarabaginfo.az xəbər verir ki, Ruben Vardanyan istintaq müddətində Azərbaycan tərəfindən vəkillə təmin olunub. Belə ki, onun vəkili Bakı şəhəri 12 saylı Vəkil Bürosunda çalışan Faiq Hüseynovdur. İngilis, rus, türk dillərini bilən Faiq Hüseynov 3 ildir ki, vəkillik fəaliyyətilə məşğul olur.