Ana Sayfa > Karusel / Dünya > Müharibə başlayandan Rusiyanın 92 təyyarəsi məhv edilib

Müharibə başlayandan Rusiyanın 92 təyyarəsi məhv edilib


5-10-2023, 16:22. Yazar: Admin

Rusiyanın Tokmak bölgəsindəki hava hücumundan müdafiə qüvvələri öz Su-35S qırıcısını vurub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında deyilir.

Hadisə sentyabrın 28-də cəbhə xəttinin təxminən 20 km arxasında baş verib.

Sənədləşdirilmiş itkiləri hesablayan “Oryx” saytına görə, Rusiya artıq beş Su-35S də daxil olmaqla 92 təyyarəsini itirib.

Britaniya kəşfiyyatı həmçinin qeyd edir ki, vurulan təyyarə xidmətdə olan ən müasir rus qırıcısı idi.


Geri dön