Ana Sayfa > Karusel / Siyasət > AK Partiya sözçüsü Fransa XİN başçısından Ağrı dağı paylaşımını silməyi tələb edib

AK Partiya sözçüsü Fransa XİN başçısından Ağrı dağı paylaşımını silməyi tələb edib


4-10-2023, 17:58. Yazar: Admin

AK Partiya sözçüsü Fransa XİN başçısından Ağrı dağı paylaşımını silməyi tələb edib

Fransa xarici işlər naziri Katrin Kolonnanın Ermənistana səfəri çərçivəsində “X” sosial şəbəkəsində Ağrı dağının rəsmini istifadə etməsi böyük bir səhvdir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bu, çarəsizlik, Azərbaycanın Qarabağı azad etməsindən narahat olmanın göstəricisidir: “O paylaşım silinməlidir! Ağrı dağının rəsminin bu şəkildə istifadə olunması böyük diplomatik xətadır”.(Apa)

 


Geri dön