Ana Sayfa > Karusel / Gündəm > Bako Saakyanla Arkadi Qukasyan saxlanılıb? - İDDİA

Bako Saakyanla Arkadi Qukasyan saxlanılıb? - İDDİA


3-10-2023, 17:01. Yazar: Admin

 

Bako Saakyanla Arkadi Qukasyan saxlanılıb? - İDDİA

Ermənistanın “Hraparak” qəzeti qondarma “Artsaxın keçmiş prezidentləri” Bako Saakyan və Arkadi Qukasyanın Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə məlumat yayıb.

Qarabaqinfo.az  xəbər verir ki, “Hraparak” tezliklə Azərbaycan tərəfinin Bako Saakyan və Arkadi Qukasyanın saxlanıldığını təsdiqləyəcəyini və video yayacağını güman edir.
 

O da qeyd edilir ki, qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyanla separatçı “parlamentin rəhbəri” Davit İşxanyanın yeri məlum deyil.

Rəsmi Bakı hələ ki xəbərə münasibət bildirməyib.


Geri dön