Ana Sayfa > Karusel / Dünya > Rəsmi Bakıdan Türk dünyasına TƏBRİK

Rəsmi Bakıdan Türk dünyasına TƏBRİK


3-10-2023, 15:14. Yazar: Admin

Rəsmi Bakıdan Türk dünyasına TƏBRİK

“14 il əvvəl bu gün Naxçıvan sazişi imzalandı. Bu saziş sonradan Türk Dövlətləri Təşkilatının (TDT) əsası oldu”.

 

Qarabaqinf0o.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

 

“Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibəti ilə qardaş türk dünyasını səmimi qəlbdən təbrik edirik”, - paylaşımda bildirilib.

 

Qeyd edək ki, Naxçıvan anlaşması 2009-cu il oktyabrın 3-də IX Türkdilli ölkələr dövlət başçılarının Zirvəsində imzalanıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin imzaladığı sənədə əsasən TDT yaranıb.


Geri dön