Ana Sayfa > Karusel / Qarabağ > Separatçı rəhbərlərlə əlaqə itib

Separatçı rəhbərlərlə əlaqə itib


3-10-2023, 13:03. Yazar: Admin

 

Separatçı rəhbərlərlə əlaqə itib

 

Qarabağda özünü buraxmış separatçı-terrorçu dəstənin keçmiş başçıları Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanla əlaqə itib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-lərindəki məlumatlarda qeyd edilib.

Bildirilir ki, həmin şəxslərin hazırda harada olduğu bəlli deyil. Onların hələ də Qarabağda olub-olmaması və ya Ermənistana getməsi ilə bağlı rəsmi mənbələr susur.

Nə Azərbaycan, nə də Ermənistan rəsmiləri hələ ki separatçıların keçmiş rəhbərləri barədə məsələyə raeaksiya verib.


Geri dön