Ana Sayfa > Karusel / Siyasət > KİV: Xələf Xələfov İrana gedir

KİV: Xələf Xələfov İrana gedir


3-10-2023, 13:01. Yazar: Admin

KİV: Xələf Xələfov İrana gedir

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu gün axşam Tehrana səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Nour News” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Xələf Xələfov bir sıra yüksək rütbəli iranlı məmurlarla görüşəcək və onlarla regiondakı vəziyyəti müzakirə edəcək. Xələf Xələfovun konkret olaraq kimlərlə görüş keçirəcəyinə dair məlumat verilməyib.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da İranda səfərdədir. O, artıq İran XİN rəhbəri, Prezident İbrahim Rəisi və digər şəxslərlə görüşüb.


Geri dön