Ana Sayfa > Karusel / Təhsil > Gələn ilin qəbul imtahanları üçün işçi qrupu YARADILDI
Gələn ilin qəbul imtahanları üçün işçi qrupu YARADILDI3-10-2023, 10:16. Yazar: Admin |
Gələn ilin buraxılış və qəbul imtahanlarının məzmununu hazırlamaq üçün işçi qrupu yaradılıb
Bu barədə Qarabaginfo.az-a mərkəzdən məlumat verilib.
DİM-də Azərbaycan dili, Azərbaycan dili (dövlət dili), ingilis dili və informatika fənləri üzrə işçi qruplarının ilk iclası keçirilib.
Gündəlik məsələ imtahan proqramları və imtahanların modelinə uyğun sınaq imtahanı variantlarının müzakirəsi olub.
İclaslarda Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva işçi qruplarının üzvlərini iş planı ilə tanış edib və fəaliyyətlərində uğurlar arzuyıb. A.Batıyeva qeyd edib ki, buraxılış və qəbul imtahanlarının proqramları və onlarla bağlı əlavə materiallar sentyabr ayında DİM-in saytında yerləşdirilib.
Beləliklə, şagirdlər və abituriyentlər dərs ilinin əvvəlindən proqramların məzmunu və ədəbiyyat siyahısı ilə tanış ola bilərlər.
Daha sonra iclaslarda sınaq imtahanı variantlarının müzakirəsi aparılıb. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə, istifadədə olan dərsliklərə uyğunluq baxımından müzakirə edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.
İşçi qruplarının növbəti iclası oktyabrın 9-da olacaq. Geri dön |