Ana Sayfa > Karusel / Dünya > “Avropa İttifaqı Lissabondan Luqanska qədər genişlənəcək”- Almaniya XİN rəhbəri

“Avropa İttifaqı Lissabondan Luqanska qədər genişlənəcək”- Almaniya XİN rəhbəri


2-10-2023, 17:13. Yazar: Admin

“Ukrayna tezliklə Avropa İttifaqına üzv olacaq və bu, blokun Lissabondan Luqanska qədər genişlənməsinə imkan verəcək”.

Qarabaginfo.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

“Ukraynanın gələcəyi Avropa İttifaqında, bizim azadlıq icmasındadır və o, tezliklə Lissabondan Luqanska qədər uzanacaq”, – Berbok deyib.

O qeyd edib ki, Ukrayna hər gün Aİ-yə daxil olmaq yolunda addım ataraq rus qoşunlarını öz ərazilərindən sıxışdırıb çıxarır.

Berbok Rusiyanın ötən qış Ukraynanın enerji obyektlərinə hücumlarını da xatırladıb və yaxınlaşan soyuq hava fonunda Aİ-ni ölkə üçün qışdan “qoruyucu çətir” yaratmağa çağırıb.

XİN rəhbərinin sözlərinə görə, bu “çətir” hava hücumundan müdafiə sistemləri, enerji, generatorlar və s. təchizatının genişləndirilməsini əhatə etməlidir.

Luqansk 2014-cü ildə rusiyayönlü separatçıların meydana çıxdığı və hərbi əməliyyatların başladığı Luqansk vilayətinin paytaxtıdır. Həmin andan Luqansk 30 sentyabr 2022-ci ildə Rusiya tərəfindən ilhaq edilmiş “LXR”in mərkəzinə çevrildi.


Geri dön