Ana Sayfa > Karusel / Qarabağ > MN: Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin ərzaq aparan texnikasına atəş açmayıb

MN: Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin ərzaq aparan texnikasına atəş açmayıb


2-10-2023, 15:04. Yazar: Admin

MN: Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin ərzaq aparan texnikasına atəş açmayıb

Oktyabrın 2-si saat 14:25 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrinə ərzaq aparan avtomobil texnikasına atəş açılması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", məlumatda deyilir.

 


Geri dön