Ana Sayfa > Karusel / Region > “Ukrayna daha çox gənci orduya cəlb etməlidir”- Ben UOLLES

“Ukrayna daha çox gənci orduya cəlb etməlidir”- Ben UOLLES


2-10-2023, 10:48. Yazar: Admin

“Kiyev hakimiyyəti Ukraynanın hücum tempinin azalmasının qarşısını almaq üçün gəncləri orduya daha fəal cəlb etməlidir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Britaniyanın keçmiş müdafiə naziri ben Uolles “Teleqraf” qəzetinə yazdığı məqalədə bildirib.

“Cəbhədəki əsgərlərin orta yaşı 40-dır. Mən Zelenskinin gəncliyi gələcək üçün qorumaq istəyini başa düşürəm, amma fakt budur ki, istənilən fasilə Rusiyaya yeni ordu qurmağa imkan yaradacaq”, – Uolles deyib.

O, həmçinin münaqişəyə son qoymaq üçün Kiyevə böyük silah təchizatının vacibliyini qeyd edib.
Uollesin sözlərinə görə, Ukraynanın ölkənin səfərbərliyinin miqyasını yenidən qiymətləndirməsinin vaxtı çatıb.


Geri dön