Ana Sayfa > Karusel / Region > Peskov Ermənistanın addımını "düşmənçilik" adlandırdı - Qarabağdakı vəziyyəti izləyir
Peskov Ermənistanın addımını "düşmənçilik" adlandırdı - Qarabağdakı vəziyyəti izləyir28-09-2023, 14:49. Yazar: Admin |
"Rusiya Ermənistanın Roma Statutuna qoşulmaq niyyətini alqışlamır".
Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, Ermənistanın Roma Statutunu ratifikasiya etmək qərarını Rusiya Federasiyasına qarşı “son dərəcə düşmənçilik” adlandırıb.
"Kreml Qarabağdakı vəziyyəti, o cümlədən humanitar aspekti diqqətlə izləyir. Ermənilərin Qarabağdan getməsinin humanitar aspekti Rusiyanı xüsusilə narahat edir - insanların normal şəraitlə təmin olunması vacibdir. Putin tezliklə Ermənistana səfər etməyi planlaşdırmırdı. Rusiya OPEC+ ilə neft ixracının artırılması ilə bağlı danışıqlar aparmır və mövcud razılaşmalara əməl edir", - o qeyd edib. Geri dön |